8 avqust 2025-ci il tarixində Gürcüstanın Marneuli şəhərində keçirilən “Autizmə Fərqli Baxış” seminarımız, Türkiyə və Azərbaycanda olduğu kimi, autizmli ailələrə dəstək və maarifləndirmə məqsədi daşıyır.
Seminarın əsas məqsədi, autizm spektr pozuntusu olan uşaqlara fərqli və bütüncül yanaşmanı tanıtmaqdır. Bu yanaşma, uşaqların sağlam qidalanmasını və "uşaq uşaqdan öyrənər" prinsipinə əsaslanan təlim modelini əhatə edir.
Seminar, autizmli uşaqların həyat keyfiyyətini artırmaq və ailələrə dəstək olmaq məqsədilə ödənişsiz olaraq təşkil edilmişdir.
Seminarın sonunda, tədbirin təşkilinə dəstək verdiyi İlahe Ceferova Tea House rəhbəri Emin Əhmədov və seminarı keçirən uşaq inkişaf eksperti Can Erdoğan bəyə təşəkkür plaketi təqdim olundu.
Seminar iştirakçılarına sertifikatlar təqdim edildi və tədbir xatirə şəkli ilə yekunlaşdı.